Xəbər lenti
Bakı qoçuları kitolarla necə mübarizə apardı? - Qoçuluğun yaranma TARİXİ

XIX əsrdə yaranmış, XX əsrin əvvəllərinə qədər yaşamış qoçuluqla bağlı maraqlı məlumat yayılıb.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, əvvəllər “qoçu” neft maqnatlarının şəxsi mühafizəçilərinə deyirdilər.
XIX əsrdə sürətlə varlanan Bakıda Tiflisdən gələn, özlərini “kito” adlandıran adamlar yerli tacirlər, sənayeçilər üçün əsl başağrısına çevrilmişdilər.
Bakı milyonçuları da fiziki güclü, silahla davranmağı yaxşı bacaran kişiləri özlərinə qoruqçu tuturdular.
Az zaman içində qoruqçu sözü “qoçu” sözünə çevrildi. Qoçular öz hərəkətlərində iki şeyə arxayın idilər: biri muzdla xidmət etdiyi milyonçu və ya varlıya, ikincisi belindəki mauzerə.
Mauzer qoçunun gücü və vahiməsi idi. Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi.
Əksər qoçuların kiçik silahlı dəstələri olurdu.
1918-ci ilin mart faciəsində Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar