Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılır

Tarix: 29-06-2022 14:31     Baxış: 3257 A- / A+
Bakıda bu ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılır
Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılacaq. 
Manevr.az xəbər verir ki, bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.
 
O qeyd edib ki, Bakıda bəzi parklarda ödənişsiz “Wi-Fi” xidmətinin keyfiyyətinin yoxlanılması məqsədilə 2 həftə ərzində müxtəlif günlərdə və saatlarda monitorinq işləri həyata keçirilib. “İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək ərazilər bunlardır:
 
 “Qış parkı”
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
 “Sabir bağı”
 “Xaqani” bağı
 “Axundov bağı”
“Zabitlər” parkı
 “Hüseyn Cavid” parkı
 “İzmir” parkı
 “Sahil bağı”
 “Səməd Vurğun” bağı
 “Muğan” bağı,
 “Fashion Avenue” keçəsinin ərazisi 
 “Dədə Qorqud” parkı
 Beynəlxalq Avtovağzal Kompleksinin perronu.
 
A. Mustafayeva həmçinin əlavə edib ki, 3 ərazidə “ictimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bu ünvanlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar