Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşdü

Tarix: 29-06-2022 12:57     Baxış: 4246 A- / A+
Zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşdü
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb. 
Manevr.az xəbər verir ki, ilk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.
 
Bakıdan ziyarətə yola düşən zəvvarlar öz fikirlərini “Report”la bölüşüblər. Zəvvar İltifat Mədətova bildirib ki, Həcc ziyarəti onun çoxdankı arzusu olub. 62 yaşının olduğunu deyən zəvvar koronavirus pandemiyası ilə əlaqədar olaraq səfərlərin, ziyarətlərin bağlı olmasına görə iki ildir gözlədiyini bildirib:
 
"Nəhayət bu il qismət oldu. Allah hər kəsi arzusuna çatdırsın. Bütün Azərbaycan xalqı üçün dua edəcəyəm".
 
Digər zəvvar Cavanşir Aşurovun sözlərinə görə, 13-cü dəfədir Həcc ziyarətinə yola düşür:
"Hər dəfə başqa bir cür həyəcanlanıram. Məkkədə namaz qılarkən o qədər xoşbəxt oluram ki, o xoşbəxtliyi ancaq yaşamaq lazımdır".
 
Qeyd edək ki, ilk qrupda 180 nəfər var.
 
Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
 
Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
 
Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar