Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lalə Azərtaş QHT müsabiqəsində necə qalib oldu? - ETİRAZ

Tarix: 28-06-2022 17:21     Baxış: 3227 A- / A+

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında agentliyin müşahidə şurası qərar qəbul edib.
Manevr.az xəbər verir ki, müsabiqənin qalibləri arasında tanınmış teleaparıcı Lalə Azərtaş da var.
O, “Şuşanı tanıyaq, tanıdaq” adlı layihənin müəllifidir. Layihənin büdcəsi 25 min 260 manatdır.
Qeyd edək ki, tanınmış teleaparıcının adının qaliblər siyahısında olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Tanınmış QHT rəhbərləri onun hətta ictimai birlik rəhbəri olmasından xəbərsiz olduqlarını qeyd edərək belə bir mühüm müsabiqədə qalib gəlməsinin təəccüb doğurduğunu vurğulayıblar.
“Necə olur ki, “Şuşa ili”nə həsr olunan bir müsabiqədə təcrübəli təşkilatlar kənarda qalır, ancaq heç bir fəaliyyəti ictimaiyyətə bəlli olmayan, təcrübəsi barədə tamamilə məlumatsız olduğumuz bir ictimai birlik seçilir?” – deyə onlar narazılıqlarını bildiriblər.
Lalə Azərtaş "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin rəhbəridir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar