Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nərmin Qaralovanın işdən qovduğu 67 müəllimdən XƏBƏR VAR

Tarix: 27-06-2022 18:02     Baxış: 3307 A- / A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. Çıxarılan müəllimlər 8 aydan çoxdur ki, nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Məsələ ilə bağlı Binəqədi Rayon və Apellyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Bizim.Media-ya işdən çıxarılan müəllimlərdən biri, Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədova məlumat verib.
Hazırda işə Apellyasiya Məhkəməsində baxıldığını vurğulayan Xəyalə Əhmədova proseslərin hələ ki onların xeyrinə davam etdiyini bildirib.
Xəyalə Əhmədova Nərmin Qaralovanın heç bir məhkəmə prosesində iştirak etmədiyini də qeyd edib:
“Onun hüquqlarını müdafiə edən şəxs proseslərə qatılır. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, haqlı olduğumuz sübut olunsun və məhkəmənin qərarı ilə işimizə bərpa edilək. Hələ ki məhkəmə prosesləri 90 faiz xeyrimizə davam edir. Gözləyirik”, - deyə o bildirib.
Xatırladaq ki, ötən il noyabrın 26-da direktor Nərmin Qaralovanın əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəlliminin işinə rəsmi xitam verilib.
Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxs, 5-i isə şöbə müdiridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar