Xəbər lenti
Təyyarəçi ola bilmədi, Başkəndi aldı, 40 il... - UNUDULAN MƏMURLAR
Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Layihəmizdə bu dəfə sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevdən bəhs edəcəyik.
Rzayev Dadaş Qərib oğlu 22 dekabr 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. O, Azərbaycan Sənaye İnstitutunu bitirib. Dadaş Rzayev 1954-cü ildə hərbi xidməti bitirib və Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. O ikinci kursda olanda taqım komandirinin müavini təyin edilib. Sabiq nazir məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq, Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir.
Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. O, Zaqafqaziya Hərbi Dairəsinin, Gəncə şəhərindəki 104-cü diviziyasına göndərilir..
1970-1973-cü illərdə isə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq təhsilini davam etdirir. Oranı bitirdikdən Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir.
Onu da qeyd edək ki, Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.
Azərbaycan hökumətinin çağırışı ilə D.Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul idi. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur.
Sabiq nazir qısa müddət ərzində həyata keçirilən döyüş əməliyyatları nəticəsində Başkənd ermənilərdən alınır. Başkənd əməliyyatından sonra etirazlarına baxmayaraq, 23 fevral 1993-cü ildə müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün həmin ilin 17 iyununda vəzifəsindən azad edilir.
Sabiq nazir Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının və Veteranlar Şurasının sədri olub.
Dadaş Rzayev müsahibələrinin birində deyib ki, uşaqlığında təyyarəçi olmaq istəyib:
“Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşayırdım. Ancaq təəssüflər olsun ki, əsgərlik zamanı tale məni Hərbi Hava Desant Qüvvələrinə apardı. Bu yolda 40 il qulluq etdim”.
O, 2017-ci ildə isə Veteranlar Şurasının sədri vəzifəsindən azad edilib. Dadaş Rzayev “Qızıl Ulduz” və “Şöhrət” ordenləri ilə təltif olunub, hazırda təqaüddədir. Ailəlidir, bir oğlu var. lent.az

Vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar