Xəbər lenti
MTN polkovniki həbs edildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan mərhum edilib.
Xatırladaq ki, Bahadır Qocayev özgənin 70 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Bahadır Qocayev əvvəllər MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.
Sonradan 2016-cı ildə isə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib, bir müddət sonra vəzifəsindən olunub./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar