Xəbər lenti
“Bu qurum Dövlət Gömrük Komitəsi yox, Nehrəm Gömrük Komitəsidir”
Dövlət Gömrük Komitəsinin ətrafında yaranmış ajiotaj səngimək bilmir. DTX-nın bu qurumda əməliyyat keçirməsindən sonra gözlər "yuxarı" zillənib. "Gömrükdə rüşvət olsa, istefa verəcəm" deyən DGK sədrinin aqibəti necə olacaq? Səfər Mehdiyev özü gedəcək, yoxsa yola salacaqlar?
Manevr.az bildirir ki, keçmiş deputat Nazim Məmmədov yenisabah.az-a açıqlmasında deyib ki, Azərbaycanda süni qiymət artımı yaradan, sahibkarlara zülm edən,rüşvət və korrupsiyanın beşiyi olan qurum Dövlət Gömrük Komitəsidir. Qeyd edib ki, sədrin kim olmasından asılı olmayaraq, Gömrük Komitəsinin mərkəzi icra hakimiyyəti orqanında olmasının əleyhinəsir: "Bütün dünya praktikasında və bütün dünya dövlətlərində gömrük xidməti maliyyə nazirliyi və fiskal orqanlarla birlikdə fəaliyyət göstərir. Azərbaycan ictimaiyyətində vergi orqanları regionçuluğun, yerlibazlığın, qohumbazlığın ən çox konsentrasiya olduğu bir qurum kimi formalaşdırıb. Çox təəssüf edirəm ki, bu qurumun yaxşı işləri olsa belə son hadisə qəbul olunmazdır. Çünki Azərbaycanda süni qiymət artımı yaradan, sahibkarlara zülm edən, rüşvət və korrupsiyanın beşiyi gömrükdür. Mənə Səfər Mehdiyevin istefa verib-verməməsi yox, Gömrük Komitəsindən veriləcək açıqlama maraqlıdır. Adətən belə hallandırırlar ki, “Azərterminalkompleks” Gömrük Komitəsinin yanında olsa belə o ayrıca təsərrüfat təşkilatıdır və gömrük orqanları onların işinə qarışmır".
İqtisadçı bildirib ki, ölkəyə mal gətirən sahibkarların mallarını məcburan öz anbarlarına yönəldirlər. Süni bahalaşma yaratmaq üçün həftələrlə sahibkarların malları burada saxlanaraq kodu dəyişilir, yüksək vergi tələb edilir. O qədər yerlibazlıq ediblər ki, Azərbaycan ictimaiyyətində bu qurum Gömrük Komitəsi yox, Nehrəm Gömrük Komitəsi adlandırılır və bu bir dövlət qurumuna utancdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar