Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Əliyevin həbs cazası bir ilə qaldırıldı

Tarix: 23-06-2022 13:24     Baxış: 4376 A- / A+


Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Prosesdə xüsusi ittihamçı Ramiz Göyüşov iştirak etməyib.
Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.
VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib."report"

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar