Xəbər lenti
Təyyarənin sərnişini pijama geyindiyinə görə "kriminal davranışda" ittiham olundu

Bu barədə "The Daily Star" məlumat yayıb.
Görüntülərdə pijama altlığı, qısaqol köynək və corab geyinmiş qàının pəncərə kənarındakı oturacağına doğru getmək üçün digər sərnişinlərin üzərindən atladığı görünür.
"O, bütün yeddi saatlıq uçuşu digərlərinin üzərindən atladı", - deyə videonun müəllifi şikayət edib.
Çoxları qadının özünü iyrənc aparması fikri ilə razılaşıb. Lakin bəzi istifadəçilər də sərnişinin müdafiəsinə qalxıblar.
"Əgər bu, uçuşda gördüyünüz ən kriminal davranışdırsa, o zaman siz çox az uçmusunuz", - deyə bildiriblər.
Müxtəlif aviaşirkətlərin stüardessaları isə uçuşlar üçün qəbuledilməz geyimləri açıqlayıblar. Belə ki, onların fikrincə, cins şalvar geyinməmək, gəlinlik və kostyumlardan imtina etmək daha məqsədəuyğundur, çünki bu, narahatlığa səbəb ola bilər. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar