Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”

Tarix: 21-06-2022 11:27     Baxış: 4237 A- / A+




Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sahib Ələkbərov çıxış edib. O, hədə-qorxu ilə pul alma və rüşvət ittihamlarını rədd edib: "Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdırlar. Buradakı hər kəlməmizi mətbuat yazır. Hörmətli məhkəmə, bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı".
Sahib Ələkbərov xidmət etdiyi müddətdə yalnız bir cinayət törətdiyini və buna görə məsuliyyət daşımağa hazır olduğunu etiraf edib. O, Hacı Məmmədovun (DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, kriminal dəstə başçısı) mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olduğunu açıqlayıb: "İstintaq zamanı üzə çıxdı ki, "Knauf" şirkətinin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsindən olan bir çeçenlə münasibətdə olub. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və qətllərlə bağlı çox ciddi məlumatlar verib. Deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda da qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova həmin cinayətlər barədə Baş prokuror Zakir Qaralova müraciət edib. Onu Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Deyib ki, Hacı adlı polisin adam oğurlayan və seriyalı qətllər törədən dəstəsi var. Usubov isə MTN-ə və Daxili İşlər Nazirliyinə formal məktub yazmaqla işini bitmiş hesab edib. Həmin məktubdan az sonra "Knauf" şirkətinin ofisində Rəna Nəsibovanın meyiti tapıldı. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, Rüstəm Usubov məktub yazmaqdan başqa tədbir görməyib. Məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım". 
Zərərçəkən Qulam Bağırov söz alaraq hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesində jurnalistlərin iştirakını qadağan etməsini qınayıb: "Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyev və dəstəsinin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Məhkəmənin ilk günündən Mövlam Şıxəliyevə "Mövlam müəllim" deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq olanda Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz. Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, Elbəy Allahverdiyev iş üzrə hakimlikdən uzaqlaşdırılsın". 
Hakim Elbəy Allahverdiyev etiraza belə münasibət bildirib: "Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada..."
Hakim üzünü Mövlam Şıxəliyevə tutaraq, "Siz MTN-də nə vaxtdan xidmətə başlamısız?" soruşub. Şıxəliyev, "2004-cü ildə" deyə cavab verib. Daha sonra hakim bildirib ki, Qulam Bağırovun etirazında adı düzgün yazılmayıb. Buna görə etiraz düzəlişdən sonra təqdim edilməlidir.
Məhkəmə prosesi növbəti iclasda davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar