Xəbər lenti
Smartfonlar keçmişdə qalacaq: Onları nə əvəz edəcək?
Nokia rəhbəri smartfonlardan imtina tarixini proqnozlaşdırıb.
“Nokia”nın baş direktoru Pekka Lundmark 6G mobil şəbəkələrinin onilliyin sonuna qədər işə düşəcəyini gözləyir, lakin o, smartfonun o dövrdə ən populyar interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi-red.) olaraq qalacağını düşünmür.
Xarici media bildirir ki, CNBC ekspertinin sözlərinə görə, 2030-cu ildən etibarən istifadəçilər digər cihazların xeyrinə telefonlarından imtina etməyə başlayacaqlar.
“Bu gün bildiyimiz smartfon mütləq artıq ən geniş yayılmış interfeys olmayacaq, - Lundmark deyib. - Bir çox cihaz birbaşa bədənimizə qurulacaq”.
“Nokia”nın rəhbəri hansı cihazları nəzərdə tutduğunu açıqlamayıb, lakin bəzi şirkətlər, məsələn, İlon Maskın “Neuralink”i artıq beyinə implantasiya oluna bilən, kompüterlər və digər insanlarla ünsiyyət qurmaq üçün istifadə oluna bilən elektron cihazların yaradılması üzərində işləyir.
Daha sadə səviyyədə, çiplər insanların barmaqlarına yerləşdirilə və əşyaların kilidini açmaq üçün istifadə edilə bilər.
“Dünya nə vaxt smartfonlardan ağıllı eynəklərə və üzdə taxılan digər qadcetlərə keçəcək” sualına Lundmark bildirib ki, bu, 6G-nin meydana çıxmasından əvvəl baş verəcək.
Xatırladaq ki, baş ofisi Finlandiyada yerləşən “Nokia” şirkətinin telefonların və internetə çıxışı olan digər cihazların bir-biri ilə əlaqə saxlamasına imkan verən telekommunikasiya şəbəkələri qurur.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar