Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavinləri Fazil Talıbovun yaxasından yapışan qazini BELƏ CƏZALANDIRDI

Tarix: 19-06-2022 19:42     Baxış: 3283 A- / A+
Bu sözü Cebhe.info-ya bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya zamanı qurumun mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan qazi, Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib:
“Nazir müavinlər məni “qara siyahı”ya, yəni bloka atıblar. 3 ay bundan öncə mənə səhər tezdən zəng vurub məlumat verdilər ki, 40-a yaxın qazimiz ƏƏSMN-nin qarşısındadır. Onlardan təxminən 10-a yaxın qazi Gənc Qazilər İctimai Birliyinin üzvləri idi. Mən ora gedəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər vəzifəli şəxslər qazilərimizlə mübahisə edirdilər. Onlar mənə dedilər ki, qaziləri sakitləşdirin, onların siyahısını tutaq. Nazirlik rəsmiləri qazilərin problemlərini qısa zamanda həll edəcəklərinə söz verdilər. Biz orada siyahı tutduq. Qazilərimizin hər birinin ad və soyadı, yaşadıqları ünvanları, şəxsiyyət vəsiqələrinin FİN kodları, problemləri qeyd edilib təqdim edildi. Bunun bir nüsxəsini Babək Hüseynova təqdim etdim. Onlar mənə dedilər ki, problem həllini tapacaq. Bu hadisənin üzərindən 15 gün keçəndən sonra əlaqə saxladım. Siyahıda olan 40 qazidən 10-nun probleminin həlli istiqamətində yönləndirmə olmuşdu. Bir-ikisinin problemi isə həll edilmişdi.
Yenidən siyahı tutdum və nazirliyə təqdim etdim. Yenə də bir-iki nəfərə kömək etdilər, qalanı qaldı. May ayında yenidən ağır durumu olan qazilərin siyahısını tutub nazirliyə təqdim etdim. Belə olan halda qazilər mənə dedilər ki, problemər həllini tapmayıb. Anar Bayramov və digər vəzifəli şəxslərə yazdığım mesajları qazilərə göstərdim. Nazir müavinləri məni bloka atıblar. Zənglərimə də cavab vermədilər”.
Aksiya zamanı qazilərin ona zəng vurduğunu deyən Hacı Vəliyev bildirib ki, nazirliyin qarşısında toplaşanda qazinin birinin halı pisləşib. Bu zaman nazirliyin əməkdaşları qazini binaya keçirib qapını arxadan bağlayıblar:
“Ambulans çağırdıq, həmin qazinin halı pisləşdiyi üçün qapını sındırmaq məcburiyyətində qaldıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar