Quru sərhədləri uzun müddətdir ki, bağlıdır. Karantin şərtləri və tədbirləri də xeyli yumşalıb. Amma quru yollarının nə zaman açılacağı ilə bağlı ağlabatan açıqlamalar verilməyib. Yolların bağlı olması müxtəlif fikirlərin formalaşmasına yol açır. Bəziləri bunu AZAL-ın maraqları üçün, bəziləri təhlükəsizlik məqsədilə edildiyini, bəziləri isə daxili turizmin inkişafı üçün edildiyini diqqətə çatdırırlar.
Manevr.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya və İran istiqamətində məhdudiyyətlərin mərhələli formada aradan qaldırılması, Gürcüstanla yolların dərhal açılması üçün şərait yetişib:
“Mövcud şəraitdə yolların qapalı saxlanılması doğru yanaşma deyil, bu hal həm ciddi narazılıqlar yaradır, həm də müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına xidmət etmiş olur. AZAL-ın “ən bahalı uçuş” problemi isə uzun müddətdir ki, öz həllini tapa bilməyib. Bu porblem hazırda yenidən cəmiyyəti ciddi narahat edən məsələyə çevrilib.
Müxtəlif şəhərlərdən müxtəlif istiqamətlər üzrə, İrəvan-X, Kutaisi-X, Tbilisi- X, Bakı –X istiqamətləri üzrə aviabiletlərin qiymətinin müqayisəsi AZAL-dakı durumun hədsiz dərəcədə bərbad olduğunu göstərir.
Xatırlayıram ki, Prezident səviyyəsində də bu məsələyə münasibət bildirilmişdi. O zaman qısa müddət bu sahədə qayda yaradılsa da görünən odur ki, problem daha pis formada davam edir.
AZAL-ın rəqabət qabiliyyətini yüksəltmək və vəziyyəti yaxşılaşdırmaq üçün yaradılan Müşahidə Şurası da görünür ki, hələlik bu sahədə ciddi dönüş yaratmaqda çətinlik çəkir. Bu qurumda audit işlərinin aparılması və nəticələri haqqında da cəmiyyət məlumatsızdır”.
O.Gündüz bildirib ki, Müşahidə Şurası və aidiyyatı qurumlar ən qısa müddətdə büdcədən xeyli vəsaitlər alan AZAL-ın qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir:
“Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələr yaranıb, aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə bilet qiymətini bir müddət öncə qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı - Naxçıvan reysini seçərək Naxçıvan üzərindən Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqamətdə uçuş üçün tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir.
Düşünürəm ki, hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır.
Uzun müddətdir ki, Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırılıb. Ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı heç bir ağlabatan açıqlamalar verilməyib. Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək.
Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə, dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu, təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, Bakı- Balakən, Bakı – Ağstafa, Bakı –Astara , Bakı – Qazax istiqamətləri üzrə qatarlar işləmir”.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar