Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zabrat sakinlərindən Prezidentə ŞİKAYƏT

Tarix: 18-06-2022 12:49     Baxış: 2257 A- / A+

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsinin sakinləri ölkə başçısına şikayət məktubu ünvanlayıb.
Manevr.az həmin məktubun mətnini təqdim edir:

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Hörmətli, cənab Prezident!
İllərdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsinin sakinləri kanalizasiya xəttinin olmaması problemi ilə üz-üzədir. Belə ki, içməli suyun küçə boyu bir sıra hissələrdən küçəyə sızması və çirkab sularının axıdılması acınacaqlı şəkildə küçədə antisanitar vəziyyət əmələ gətirir. Hörmətli cənab Prezident!
Mövcud problemlə əlaqədar olaraq müxtəlif zamanlarda bir sıra aidiyyatı qurumlara xüsusən də Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciətlər olunsa da problem bu günə qədər öz həllini tapmamış, sözügedən nümayəndəliyin rəsmiləri tərəfindən problemin yalnız "Dövlət proqramı" çərçivəsində həll olunması bildirilmişdir.
Hörmətli cənab Prezident!
Bəliidir ki, sizin müvafiq sərəncamınız əsnasında 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Xoşagəlməz məqamlardan biri də budur ki, həmin sərəncamınızdan sonra da Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsindəki kanalizasiya sisteminin bərbad durumu öz aktuallığında qalmışdır.
Hörmətli cənab Prezident!
Ölkəmizdə aparılan sistemli abadlıq işləri danılmazdır. Bu abadlıq işləri özünü çoxşaxəli şəkildə büruzə verdirir. Biz də Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsinin sakinləri olaraq inanırıq ki, üzləşdiyimiz bu problem qısa zaman kəsiyində sizin göstərişiniz sayəsində öz həllini yüksək səviyyədə tapacaqdır.
Hörmətlə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsinin sakinləri:
Əliyev Aslan
Süleymanov Qeybulla
Mikayılov Qabil
Məmmədov Vasif
Əsədov Zaur
Müharibə veteranı Cəbrayılzadə Samir
Abbasova Səidə
Süleymanov Həsən
Novruzov Telman
Seyidov Mail
İmanov Vidadi
Süleymanov Feyruz
Qədirov Qədir
Lətifov Azər
Quliyev Mehman
Əliyev Rövşən
Abbasov Murad
İsmayılov Qalib
Abbasov Hikmət
Muayev Elvin
Vəliyev Mahir
Əliyev Sabir
Əhmədov Azad
Həsənov Eldəniz
Tağıyev Rizvan
Məmmədov Babək
Qurbanov Adil
Heydərova Nahidə
Şirinov Namiq
Əhmədov Sənan
Əhmədov Sarvan
Eyyubov Fikrət
Eyyubov Mustafa
Behbudov Mətləb
Behbudov Hikmət
İsgəndərova Gövhər
Tağıyev Fariz
Osmanov Kənan
Bayramov Tərlan
Orucova Tamara
Sarıyev Rəşid
Baxışov Rüstəm
Ağayeva Təranə
Mustafazadə Fuad
Salmanov Elnur
Vəliyeva Həyat
Məmmədova Ruhiyyə
İsgəndərov Rasim
Cəfərov Emil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar