Xəbər lenti
İnsanlar 200 min il əvvəl nə haqqında danışırmışlar
Elm zaman keçdikcə keçmişlə bağlı daha dəqiq təsəvvür yaratmağa imkan verir. İndi min illər əvvəl ölən insanın hansı xəstəlikdən həyatını itirdiyini müəyyənləşdirmək mümkündür. Hətta insanların 200 min il əvvəl nə haqqında danışdığını da ehtimal etmək olar. Bəşəriyyətin həmin nümayəndələrinin beyin funksiyaları müəyyən mülahizələrə şərait yaradır.
Manevr.az xəbər verir ki, Daş dövrünün ilk dik yeriyən nümayəndələri şimpanzedən çox da fərqlənmirdi. Onların kiçik beyinləri vardı və danışmırdılar. Sonradan meydana Homo habilis (bacarıqlı insan) və Homo erectus (dik gəzən insan) çıxdı. Məhz Homo erectus bəşəriyyətin indiki nümayəndələrinin atası sayılır.Bu nölər Afrikada 1-2 milyon il əvvəl yaşayıb. Onların beyni daha böyük idi. Bizim kimi ağıllı deyildilər, səs çıxarsalar da, danışmırdılar.
Təxminən 400 min il əvvəl üç növ paralel həyat sürürdü. Neandertallar, Denisova insanı (denisovalılar) və Homo sapiensin erkən forması - əcdadlarımız bir-biri ilə müəyyən məsafədə yaşayırdılar.
Neandertallar və Denosiva insanı Afrikadan kənarda – Avrasiyada məskunlaşmışdı. Denisovalılar haqqında çox az şey məlumdur. Neandertalların təxminən 100 min il əvvəl daş alətlərdən əlavə, taxta nizələri və heyvan sümüklərindən hazırlanmış bir neçə sadə alətləri olması bilinir. Bəzi alimlər hesab edir ki, böyük beyinləri və nəsə hazırlamaq qabiliyyətinə görə neandertalların danışa bildiyini düşünməliyik. Amma bu, ehtimaldan başqa bir şey deyil.
Homo sapiensin indiki müasir insana təxminən 200 il əvvəl çevrildiyi güman edilir. Əcdadlarımız ilk dövlərdə alətləri yalnız daşdan düzəldirdi. Zaman keçdikcə daşdan, taxtadan, sümükdən və dəridən çoxlu müxtəlif alətlər hazırlamağı öyrəndilər. Onların paltarları və ayaqqabıları var idi, sığınacaqlar tikirdilər və yemək üçün birlikdə ov edirdilər. Müasir insanlar 40 min il əvvəl mağaraların divarlarında rəsmlər çəkirdilər. Amma onları digər növlərdən fərqləndirən və üstünlük hesab olunacaq məqam danışa bilmələri idi.
Daş dövründə xeyli az dil olub. İnsanlar yalnız isim və feillərdən istifadə edirdi. Qəbilələrin dilləri fərqli idi, bir-birini çətinliklə anlayırdılar. Qədim insan az sözlə keçinməli olurdu. Çünki ətrafda çox az əşya vardı, nadir hallarda diqqətçəkən hadisə baş verirdi.
İnsanlar 200 min il əvvəl saymağı bacarırdı. Onların “ana” və “ata”, “bacı” və “qardaş” üçün öz sözləri var idi. Heyvanlara, bitkilərə adlar qoyur, planlar qurur, “zəhmət olmasa”, “çox sağ ol” deyir, bir-birilərini öz adları ilə çağırırdılar.
Erkən müasir insanlar bu gün danışdığımız eyni şeylərdən bəhs edirdilər: nə yemək, nə bişirmək, dostları kimlərdir. Valideynlər övladlarından danışırdı, uşaqlar isə müasir uşaqlar kimi bir-biri ilə oynayır, daim nədənsə söz açırdılar. Onlar da bir-birinə mahnı oxuyublar./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar