Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

DGK açıqlama yaydı: "Bakı Limanında baş verənlər..."

Tarix: 18-06-2022 10:44     Baxış: 3250 A- / A+


Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumatda bildirilir ki, videoda həmin şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz verilmədiyini iddia edirlər.
"Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdiyi məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil.
Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə sərhədkeçmə proseslərində motosikletlərdən, ümumiyyətlə hər hansı ödəniş tələb olunmur", - Gömrük Komitəsi bildirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar