Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hökumət bir neçə gün sonra qərar verəcək: “Uşaq pulu”, maaş, pensiya...

Tarix: 17-06-2022 15:56     Baxış: 4264 A- / A+
Hökumət bir neçə gün sonra qərar verəcək: “Uşaq pulu”, maaş, pensiya...
Neft və qaz məhsullarının satışından Azərbaycana daxil olan valyuta 2 dəfədən çox artıb. 
 
İlk 5 ayda 14,2 milyard dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Belə ki, 2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 14 milyard 228 milyon 443 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 794 min dollarlıq təbii qaz ixrac edilib. 
 
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 
 
2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 6 milyard 519 milyon 732 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 927 milyon 241 min dollarlıq xam neft, 1 milyard 335 milyon 749 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac məbləğ ifadəsilə 2,2 dəfə artıb. Qeyd edək ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac gəlirlərinin artmasının səbəbi dünya bazarlarında neft və təbii qazın kəskin bahalaşmasıdır. 
 
Ölkədə neft və qaz məhsularının satışından gəlirlər 2 dəfədən çox artsa da, bunu əmək haqqı, pensiya və yaxud “uşaq pulu”nda görmək mümkün deyil.
 
Artan gəlirlər niyə əhalinin sosial təminatına yönəldilmir?
Manevr.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli cebhe.info-ya bildirib ki, qiymətin artması ilə neft-qaz və neft məhsullarının gəlirləri kəskin artıb: 
 

 
“Ötən ilə nisbətən 65-70 faizə yaxın, təxminən iki dəfəyə yaxın artım var. Kifayət qədər ciddi valyuta ehtiyatları toplanıb. Bu ayın sonu, gələn ayın əvvəlində yəqin ki, parlamentdə büdcəyə yenidən baxılacaq. İndi bu, deputatlardan, hökumətin siyasətçisindən asılıdır. Büdcə dəqiq artırılacaq, təqribən 2 milyard manat artması nəzərdə tutulub. Həmin məbləğin hara xərclənəcəyi hökumətin vizyonuna bağlıdır. Hələlik o vəsaitin hara xərclənəcəyi ilə bağlı heç bir məlumat verilmir. 
 
Hazırda bilinən yeganə məsələ odur ki, bu vəsaitin bir hissəsi azad olunmuş torpaqlarla bağlı ayrılan vəsaitin üzərinə gəlinəcək. Bu il 2,2 milyard manat ayrılmışdı. Yəqin ki, bu, təqribən 3 milyarda yaxın artırılacaq. Yəni 600-700 milyona manata yaxın artırılması gözlənilir. Ancaq yerdə qalan vəsaitin hara istiqamətlənəcəyini hökumət özü açıqlamalı və ictimai müzakirələr təşkil etməli idi. Təəssüf ki, biz bunu görmürük”. 
 
Ekspert deyir ki, büdcə xərcləri ilə bağlı ictimai müzakirələr yox səviyyəsindədir: 
 
“Ancaq məntiqlə həmin vəsait sosial məsələlərə yönəlməlidir. Çünki ölkədə kəskin inflyasiya var. Hökumətin özünün etiraf etdiyi ərzaq inflyasiyası 20 faizdən yüksəkdir. Əgər bu gün 20 faizdən yüksək ərzaq infyasiyası varsa, bu, o deməkdir ki, insanların alıcılıq qabiliyyəti, maaşlarının, təqaüdlərinin, manatın alıcılıq qabiliyyəti aşağı düşür, onların yoxsulluq həddi yüksəlir. Ona görə də sosial müdafiəyə genişhəcmli bir paketin ayrılması lazımdır. Əslində bu, indiki gəlirləri nəzərə alsaq  mümkündür. Ancaq bunu hökumətin edib-etməyəcəyini söyləmək çətindir. Yalnız dəqiq bilinən işğaldan azad edilmiş torpaqların bərpasına yönələn vəsaitin artırılmasıdır, bu olacaq. Ancaq digər istiqamətlərin nədən ibarət olması hələ ki, məlum deyil”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar