Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

15 baş qoyunu "07" ilə oğurladılar - ŞƏKİL

Tarix: 17-06-2022 10:28     Baxış: 4357 A- / A+


Oğurlanan qoyunlar
Oğurlanan qoyunlar

Lənkəranda ferma və otlaq sahələrindən qoyunlar oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluqları etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar. İlkin araşdırma zamanı məlum olub ki, E.Ağazadə və R.Rzayev ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə qoyaraq aparıblar. Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı R.Rzayevin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar