Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Püşk atıldı: Zəngilana qayıdış başlayır

Tarix: 17-06-2022 07:41     Baxış: 4274 A- / A+
Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Amerikanın səsi"nə müsahibəsində bildirib.

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək", - o qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Rəsmi statistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.

Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı, əhalinin yenidən doğma yurdlarına qaytarılması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda, elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.

Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar