Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hansı ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur?

Tarix: 16-06-2022 09:23     Baxış: 4343 A- / A+

İşçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu?
Manevr.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, muzdla işləyən fiziki şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əməkhaqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilib. Həmin maddənin üçüncü hissəsinə görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd olunanlara əsasən, işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar