Xəbər lenti
Bu şəxslər müsəlman qəbiristanlığında dəfn olunmamalı, ehsan verilməməlidir- İLAHİYYATÇI
Belə ki, təkcə 2022-ci ilin ilk 3 ayı ərzində ölkədə 102 intihar halı qeydə alınıb. 2021-ci ildə isə ölkədə 612 nəfər özünə qəsd edib. İntihar edənlərdən 438-i kişi, 147-si isə qadın olub. İntihar edənlərin 313 nəfəri evli, 299 nəfəri isə subaydır.
2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib. Halbuki 2018-ci ildə bu rəqəm 521, 2017-ci ildə 498, 2016-cı ildə 507, 2015-ci ildə 499, 2014-cü ildə isə 490 nəfər təşkil edib.
Cəmiyyətimizdə hər gün artan intihar hadisələrinə heç də hər kəs birmənalı yanaşmır. Sosial şəbəklərdə intihar edənlərlə bağlı paylaşılan statusların rəy bölümünə nəzər yetisək, bunu aydın görə bilərik. Çoxu intihar edənin Allah tərəfindən cəzalandırılacağını yazır, bir qrup həmin şəxslərə rəhmət düşmədiyini bildirir. Hətta intihar edənlərə ehsan düşmədiyini, dini qaydalara görə, özünəqəsd edən şəxslər üçün yas mərasiminin də təşkil edilməməli olduğu da qeyd edilir.
Maraqlıdır, bu məsələ İslam dinində necədir? İntihar edən şəxslər üçün yas mərasimi təşkil olunmalıdırmı?
Manevr.az-ın xəbərinə görə, cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, əgər şəxs bunun dində haram olduğunu dərk edirsə, həmin şəxsə yas və ehsan düşmür:

"İntihar İslam dinində günah hesab edilir. Canı verən Allahdır, Allah da almalıdır. Peyğəmbərin hədislərində də var ki, özünü öldürənin namazı qılınmamalı, ona ehsan verilməməli və müsəlman qəbiristanlığında dəfn edilməməlidir. Amma bu intiharın haram olduğunu bilən şəxslərə aiddir. Məsələn, həddi-büluğa çatmamış şəxslər bunun günah olduğunu haradan bilsin? Bu şeyləri bilmədiyi üçün intihar edənlərə yas mərasimi də təşkil edilir, ehsan da verilir. Bu üzrlü bir səbəb kimi götürülür. Amma o dünyada onun işi daha Allaha qalıb. Əgər şəxsi intihara vadar ediblərsə, başqa çıxışı yolu qalmayıbsa, qeyd edilən hökmlər onlara şamil edilmir. Məsələn, ölkəmizdə intihar edənlərin çoxunu buna vadar edirlər. Buna görə biz deyə bilmərik ki, onlar cəhənnəmlikdir, onlara ehsan verilməsin. Yox, əgər şəxs heç bir məcburiyyət olmadan, özü öz istəyi ilə intihar yolunu seçibsə və İslamn hökmlərindən də xəbərdardırsa, ona nə ehsan verilməlidir, nə müsəlman qəbirstanlığnda dəfn olunmalıdır, nə də ona rəhmət düşür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar