Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgərlərimizin Şuşa və Suqovuşandakı əl işləri... - Şəkil

Tarix: 14-06-2022 17:20     Baxış: 4283 A- / A+


"Speys" televiziyasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Qələbənin imza günü" adlı foto-sərgi baş tutub.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, "Speys" televiziyasının rəhbəri Müşfiq Hətəmov sərgi haqqında məlumat verib.
"Xalqımız böyük məhrumiyyətlərdən və ağır sınaqlardan çıxıb. 29 il əvvəl iyunun 15-də görkəmli siyasi xadim ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri seçilib. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda yeni siyasi proseslər, inkişaf dövrü başlayıb. Məhz bu qələbənin ulu öndərin hakimiyyətə gəlməsi və onun uzaqgörən siyasəti nəticəsində həyata keçdiyinin bir daha şahidi olduq.
Mən çox istərdim ki, "Speys" televiziyası olaraq hər il 15 iyun Milli Qurtuluş Günü hər bir təşkilat, müəssisə Heydər Əliyevin bizə miras qoyduğu dövlətdə hansı işlərin görüldüyünün hesabatı verilsin. Bu gün bir hesabat günü olsun.
Əlbəttə, "Speys" televiziyası olaraq bu ənənənin təşəbbüskarıyıq. Bu gün biz bu sərgi ilə sübut etdik ki, hər əsgər, qazimizin heç bir xidməti yaddan çıxmır. Biz bir televiziya, yayım mərkəzi olaraq bunu göstərməliyik və hər zaman göstərəcəyik. Sərgidə nümayiş edilən fotolar Şuşa və Suqovuşanda əsgərlərimizin əl işləridir. Onların sırasında şəhidlərimiz və qazilərimizin də əl işləri var. Şuşamızda tikinti işləri gedir. Ona görə də fotoları bu şəkildə təqdim etməyi qərara aldıq", - o bildirib.
Qeyd edək ki, tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Arzu Nağıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, Vüqar Bayramov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanat, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, xalq artistləri Mənsum İbrahimov, Şeyx Əbdül Mahmudbəyov, əməkdar artist Suğra Bağırzadə, Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Qarabağ qazisi Rey Kərimoğlu və bir çox ictimai şəxslər iştirak ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar