Xəbər lenti
Tanınmış quş əti markaları saxtalaşdırıldı - İstehlakçılara xəbərdarlıq
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası açıqlayıb.
Bir müddət əvvəl Assosiasiya nümayəndələri Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin “Siyəzən”, “Şəfa”, “Səba” adı altında satıldığını aşkarlayaraq müvafiq orqanları məlumatlandırıb və qarşısının alınmasına nail olub.
Bu günlərdə isə cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb. Lənkəran rayonu Vilvan kəndindəki “Limon market”, Liman qəsəbəsində yerləşən “Rəhimli Market”, Avrora kəndində “Həsən market” və digər marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir. Bu marketlərin heç birinə “Siyəzən Broyler” ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar.
Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu isə o deməkdir ki, fırıldaqçılığa yol verən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istehlakçıları aldadan şəxslər cəzasız qala bilərlər.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq müvafiq qurumları bu hallara qarşı təcili tədbirlər görməyə, saxtakarlığa, qanunsuzluğa yol verənlərə qarşı hüquqi addımlar atmağa çağırırıq. Bildiririk ki, bu cür fırıldaqçılıqla bazara çıxarılan məhsulların keyfiyyəti, qida təhlükəsizliyi meyarlarına cavab verməsi böyük sual altındadır. Çünki normal məhsul istehsal edən sahibkar heç vaxt başqa əmtəə nişanından istifadə etməz, buna ehtiyac olmaz. Bu baxımdan, “Siyəzən Broyler” ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar