Xəbər lenti
Tanınmış bəstəkar məhkəməyə verildi - SƏBƏB
zərbaycanda bəstəkar məhkəməyə verilib.
Manevr.az-ın məlumatına görə, Lənkəran şəhər sakini Əliyeva Zəminə Taryel qızı yol hərəkəti qaydalarını pozub. Buna görə də onu Yol Patrul Xidməti əməkdaşları saxlayıb və barəsində inzibati protokol tərtib olunub. Lakin Z.Əliyeva 3 ay ərzində tətbiq olunan cəriməni ödəməyib.
Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə yeni protokol tərtib olunub. Həmin protokol baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Xatirladaq ki, Zəminə Əliyeva bəstəkardır. O, hazırda Lənkəran dövlət Humanitar kollecinin musiqi şöbəsində musiqi nəzəriyyəsi müəllimi və fənn birləşməsinin sədri vəzifəsində çalışır.
V.Hüseynov,M.Dövrani,A.Cavad,N.Kəsəmənli,X.Rza,Ş.Aslan,X.Vaqifqizi və.s şairlərin şerlərinə bir neçə mahnılar bəstələyib. Z. Əliyevanın “Lənkəran”, “Ağlama”, “Azərbaycan xor əsərləri”, fortepiano üçün 13 prelüdiya, 8variasiya, fortepiano və skripka üçün 3 hissəli sonata, xalq çalğı alətləri orkestrı üçün 4 hissəli “Lənkəran löhvələri “ suitası və digər əsərlərin də müəllifidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar