Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qurbanlıq heyvanların satış ünvanları açıqlandı - SİYAHI

Tarix: 13-06-2022 19:51     Baxış: 5263 A- / A+

Azərbaycanda qurbanlıq heyvanların satış ünvanları açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, agentlik Qurban bayramına hazırlıqla bağlı sahibkarlara müraciət edib.
AQTA Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.
Qeyd edək ki, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bu il 9-10 iyul tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcəkdir. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.
Qeyd edək ki, kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə satış şəbəkələrində həyata keçiriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən satış şəbəkələrinə müraciət edərək bildirir ki, soyuducu avadanlıqlarla kifayət qədər təchiz olunmuş, xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik satış məntəqələri əhalidən sifariş qəbul edə və Qurban bayramında əhalinin sağlam, təhlükəsiz qurbanlıq ətlə (heyvan cəmdəyi ilə) təmin olunmasında iştirak edə bilər. Bunun üçün müvafiq imkanlara malik sahibkarlıq subyektlərinin əvvəlcədən Agentliyin ərazi vahidləri üzrə aşağıda qeyd olunan regional bölmələrinə müraciət etməsi xahiş olunur.
Müraciət edən satış məntəqələrinin aşağıda göstərilənləri nəzərə alması zəruridir:
- Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir.
- Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir.
- Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalı, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl edilməlidir.
- Bakı şəhəri üzrə Agentliyin Bakı regional bölməsi;
- Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları üzrə Agentliyin Sumqayıt regional bölməsi;
- Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları üzrə Agentliyin Xaçmaz regional bölməsi;
- Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı rayonları üzrə Agentliyin Şamaxı regional bölməsi;
- Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala rayonları üzrə Agentliyin Salyan regional bölməsi;
- Lənkəran şəhəri, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonları üzrə Agentliyin Lənkəran regional bölməsi;
- Mingəçevir və Yevlax şəhərləri, Bərdə, Ağdaş, Tərtər, Ağdam rayonları üzrə Agentliyin Bərdə regional bölməsi;
- Şəki şəhəri, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ rayonları üzrə Agentliyin Şəki regional bölməsi;
- Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy, Daşkəsən rayonları üzrə Agentliyin Gəncə regional bölməsi;
- Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonları üzrə Agentliyin Tovuz regional bölməsi;
- Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonları üzrə Agentliyin Ucar regional bölməsi.
Əlavə məlumat əldə etmək istəyənlər Agentliyin "1003 − Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar