Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin həyat yoldaşı və kürəkəni işdən çıxarıldı – FOTOFAKT

Tarix: 13-06-2022 19:18     Baxış: 3461 A- / A+

Ramiz Mehdiyevin həyat yoldaşı və kürəkəni işdən çıxarıldı – FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev 5 ay əvvəl tutduğu vəzifədən istefa versə də, AMEA-nın rəsmi saytında göstərilirdi ki, onun yaxın qohumları hələ də bu qurumda yüksək vəzifələr daşıyır.

Manevr.az xəbər verir ki, bu barədə 5 gün əvvəl xəbər yayımlanıb. 
 
Xəbərin yayımlanmasından sonra AMEA-nın rəsmi saytında sabiq prezidentin həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevnanın adı AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsindən silinib.

Artıq qurumun saytında Mehdiyeva Qalina Yuryevnanın adı dissertasiya şurasının üzvü kimi qeyd olunub. Qalina Mehdiyevanın əvəzinə dissertasiya şurasının sədri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu təyin olunub.

Bundan başqa Ramiz Mehdiyevin kürəkəninin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyevin adı isə AMEA İşlər İdarəsi müdirinin müavini vəzifəsindən silinib.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rəhbərlik etdiyi İşlər İdarəsinə yeni müdir müavini təyin olunub.

Qeyd olunan vəzifəni Vüsal Məhəmməd oğlu Əliyarov icra etməyə başlayıb./yeniavaz.com

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar