Xəbər lenti
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qaynar həyat qayıdacaq” - Aqil Məmmədov
Məlum olduğu kimi Milli Məclisin Aqrar və regional məsələlər üzrə komitəsinin birgə iclası Şuşa şəhərində keçirilib. Birgə iclasda iştirak etmiş Milli Məclisin deputatı Aqil Məmmədov toplantı ilə bağlı fikirlərini bölüşüb.
A.Məmmədov bildirib ki, bu gün gündəlikdə dayanan əsas məsələ Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası regional, sosial, iqtisadi, aqrar sahənin inkişaf ünvanıdır: “Şuşada gördüyümüz quruculuq işləri və eyni zamanda tikinti, abadlıq işlərinin sürətlə, keyfiyyətlə həyata keçirilməsi həqiqətən də, bölgənin umimiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf etmiş regional mərkəzə çeviriləcəyindən xəbər verir. Şuşa artıq yenidən qurulur və bu da onu göstərir ki qısa zamanda digər bölgələrimizdə də işğaldan azad olunmuş bölgələrimizdə də tezliklə tikinti və bərpa işləri başa çatacaq, soydaşlarımız qısa zamanda ata baba yurdlarına geri qayıdacaq!”.
Millət vəkili Fuzuli Beynəlxaq Hava Limanıda da olduqlarını qeyd edib: “Oradan yol boyu Şuşaya qalxan Zəfər yolunu getdik. Yolun yenidən qurulması, tunel yollarının çəkilməsi və s. bunlar hamısı xəyallarda olan işlərdir ki reallaşmaq üzrədir. Сənab Prezidentin bilavasitə rəhbərliyi və nəzarəti altına aparılan bu işlər tezliklə bölgəyə qaynar həyat gətirəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar