Xəbər lenti
“İnsanları “Allahı təhqir ediblər” kimi tezislərlə qaza gətirmək istəyirlər”
Natiq Cəfərlinin sözlərinə görə, belə həssas mövzulara qarşı diqqətli və dəyərlərə uyğun yanaşmalıyıq:
“Son günlər ölkədə dini və etnik kimlik kimi həssas mövzuları alətə çevirmək, “qaşımaq” kimi tendensiyaları görürəm. Hətta siyasi partiyaların belə münasibət bildirməyini istəyirlər. Siyasi partiyaların işi məmləkətdə elə bir düzən yaratmağa çalışmaqdır ki, hər kəs öz dinini, inancını rahat şəkildə yaşaya bilsin, hər bir etnik qrup öz kimliyini ifadə etmək üçün imkanlara malik ola bilsin. Siyasi partiyalar dini və etnik məsələləri reklama çevirməməlidirlər, belə həssas mövzularda diqqətli və dəyərlərinə uyğun davranmalıdırlar. İstənilən ölkədə dini və etnik kimlik kimi həssas mövzular həmişə xarici xüsusi xidmət orqanlarının ən asan şəbəkə qura bildiyi və təsir edə bildiyi sahələrdir”.
Natiq Cəfərli qeyd edib ki, həssas mövzularda vətəndaşlarımız bilgili olmalıdırlar:
“Həssas mövzularda vətəndaşlarımız bilgili olmalıdırlar. Son günlər insanları “Allahı təhqir ediblər” kimi tezislərlə qaza gətirmək istəyirlər. Öz müqəddəs dinini, müqəddəs kitabını yaxşı bilən, Allahın bizə bəxş etdiyi dinimizin fəlsəfəsini anlayan inanclı bacı-qardaşlarımız belə təxribatlara fikir verməməlidirlər.
Dinimizi bilən, fəlsəfəsini anlayan bütün inanclı insanlar bilirlər. Ona görə də bu mövzularda bəzi çevrələr məhz savadı az olan insanlara hesablanmış təxribatlara əl atırlar. Bir daha ayıq-sayıq olmalı, məmləkətin əsl problemlərinə köklənməli, bölgəmizdə sülhü, ölkəmizdə isə hüquqi dövlət institutlarını bərqərar etməliyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar