Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid ailələri üçün Prezident təqaüdü 500 manata çatdırılıb

Tarix: 11-06-2022 13:09     Baxış: 4223 A- / A+
Şəhid ailələri üçün Prezident təqaüdü 500 manata çatdırılıb
Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.
 
Manevr.az
xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Qurum rəhbəri müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün artdığını bildirib: "1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb".

DSMF sədri qeyd edib ki, müharibə əlilləri üçün müavinət artımlarına gəlincə, məbləğ 1-ci dərəcə üzrə 101 manatdan 220, 2-ci dərəcə üzrə 81 manatdan 180, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata qaldırılıb.

H.Məmişov əlavə edib ki, ölkə üzrə orta aylıq pensiya artımı 70 faiz olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar