Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını iki dəfə artıb

Tarix: 10-06-2022 22:56     Baxış: 4200 A- / A+

İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib.
Manevr.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.
2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.
2022-ci ilin may ayında Azərbaycanın hava limanları 396 min nəfərə xidmət göstərilmişdir, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.
Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınıb. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36 %-ni təşkil edir.
2022-ci ilin may ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılıb.
May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olub.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən hava limanları arasında COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülmüşdür.
Bu reytinq öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 əleyhinə tədbirlərin səmərəliliyinin yüksək səviyyədə tanınması deməkdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar