Xəbər lenti
Bakıda xəstə baxıcısı evdən 200 minə yaxın pul oğurlayıb
Bakıda çalışdığı evdən oğurluq edən qadının məhkəməsi başa çatıb.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ev sahibinin evindən 178 min manatlıq oğurluq edən xəstə baxıcısı 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.
Qeyd edək ki, Nigar Qulamova (ad, soyad şərtidir - red) adlı qadın ötən ilin sentyabrında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 saylı evin mənzillərinin birində insult keçirmiş qadının xəstə baxıcısı kimi fəaliyyətə başlayıb. O, bunun üçün aylıq 700 manat maaş alıb.
Nigar işə başladıqdan bir ay sonra evdə təmizlik edərkən yataq otağında dolabda xeyli miqdarda pul vəsaitinin və qızıl-zinət əşyalarının olduğunu görüb. Nəticədə o, dolabdan 9 min dollar və min manat dəyərində bir cüt sırğa-üzük dəstini götürüb.
Bundan başqa, Nigar eyni ayda yataq otağında növbəti dəfə təmizlik işi apararkən çemodanın içində külli miqdarda pul və qızıl-zinət əşyaları görüb.

Çemodandan 100 min dolları və 5000 manat dəyərində qızıl-zinət əşyaları götürən qadın, ümumilikdə ev sahibinə 178.000 manat məbləğində maddi ziyan vurub.
Məhkəmə zamanı o da məlum olub ki, xəstə baxıcısı oğurluq yolu ilə əldə etdiyi puldan 100.000 manatını illik 10 faiz gəlir əldə etmək şərtilə 12 ay müddətinə banka yatırıb.
Məhkəmədə zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyi üçün Nigardan şikayətçi olmayıb.
Qeyd edək ki, Nigarın həyat yoldaşı bıçaqlanma hadisəsinə hazırda görə həbsdədir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar