Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İflas etmişdim və cəmi 83 dollarım var idi"

Tarix: 09-06-2022 22:59     Baxış: 4261 A- / A+

Hər şeyini ataraq Türkiyəni tərk edən aktyor Tolqa Karel 5 ildə yaşadığı çətinliklərdən danışıb.

2017-ci ildə Sarah Skottla evlənib Amerikaya köçən sənətçi bunun səbəbini açıqlayıb. O bildirib ki, açdığı sağlamlıq turizm şirkəti iflas edib.

Həmin vaxt xanımının ailəsinə məxsus evdə yaşamağa başlayıb və 2018-ci ildə aylıq maaşı 8 min dollar olan TIR sürücüsü işləməyə başlayıb. 

Karel əlavə edib ki, hər gün xəyallarını gerçəkləşdirmək üçün çalışır. Aktyor 2026-cı ildə 100 avtomobildən ibarət şirkət qurmağı planlaşdırır.

Tolqa 2020-ci ildə Florida ştatında 320 min dollara ev alıb. 

Karel "Maddi bir sıxıntım qalmayıb. Bir vaxt hesabımda olan 83 dollarla yeni həyata başlamaq məcburiyyətində idim" sözlərini söyləyib.

"5 il əvvəl bu torpaqlara gələndə tək bir xəyalım var idi: hüzurlu həyat yaşamaq. İflas etmişdim, əsl peşəmi də edə bilmirdim. Çox çətin illər idi. Bu illərdə həyat yoldaşım mənə 3 övlad bəxş etdi. Etdiyim işə sarıldım və çox işlədim. Dünya eyni dünya deyil bəlkə, amma mən eyni insanam. Ayaqdayam və yaşamaq üçün həvəsim hər gün artır" deyə, sənətçi əlavə edib. 

Qeyd edək ki, Tolqa azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğul övladı var. axşam.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar