Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Efes-2022” təlimləri başa çatıb

Tarix: 09-06-2022 16:18     Baxış: 4256 A- / A+

Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də və 9-da təşkil olunan mərhələlərlə başa çatıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlədiyi təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.
Bağlanış mərasimində əvvəlcə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin ən böyük hərbi təlimlərindən olan “Efes-2022”nin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib.
Türkiyə Silahlı Qüvvələrinin “Mehtaran” qrupunun çıxışından sonra türk ulduzları nümunəvi uçuşlar həyata keçiriblər.
Həmçinin paraşütçülər təlimlərdə iştirak edən ölkələrin dövlət bayraqlarını havada nümayiş etdiriblər.
“Efes-2022” təlimlərinin mətbuat mərkəzindən verilən məlumata görə bir ay davam edən təlimlərdə bütün tapşırıqlar qüsursuz yerinə yetirilib.

Manevr.az

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar