Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

General Mövlam Şıxəliyevin topdağıtmaz mülkləri: 1.5 milyonluq bağ evi... - SİYAHI

Tarix: 07-06-2022 20:26     Baxış: 3247 A- / A+

2021-ci ilin aprelində həbs olunan MTN generalı Mövlam Şıxəliyevin bəzi mülklərinin ünvanı və sayı məlum olub.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, ümumilikdə 14 milyon 292 min manat rüşvət və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan generalın cinayət işi üzrə məhkəmə iclası davam edir.
Məhkəmə istintaqı zamanı generalın bir sıra mülklərinin ünvanı və dəyəri məlum olub. Onun təkcə bir binada 5 mənzili var. General “Sahil” metrostansiyasının üstündə yerləşən çoxmərtəbəli binada Tağı Əhmədovla qonşudur.
Həmin binanın 10, 39, 40, 72-ci və daha bir mənzili generalın qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.
Bundan başqa Şıxəliyevin Fəvvarələr meydanında dəyəri yarım milyondan çox olan obyekti var.
Generalın ailə üzvlərinin adına olan əmlakların siyahısı:
- Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili;
- Mahnı Teatrının yanında, oğlunun adına 400 min manat qiyməti olan mənzili;
- Novxanıda 1.5 milyon dəyəri olan bağ evi;
- Novxanıda torpaq sahələri;
- “Nərimanov” metrostansiyasının yaxınlığında 400 kvadrat metrlik mənzil;
- “8-ci kilometr”də 1 milyon dəyəri olan obyekt.
Qeyd edək ki, generalın ümumilikdə 8 milyona yaxın əmlakının üzərinə həbs qoyulub. Bunlar hələ onun ölkə daxilində müəyyən edilən əmlaklardır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar