Xəbər lenti
Elektron cihazlar üçün vahid adapter tətbiq ediləcək – Bu tarixdən…
Avropa İttifaqı smartfonlar və digər elektron cihazlar üçün vahid enerji cihazının və standartın olmasına razılıq verib.
Manevr.az xarici mediaya istinadən bildirir ki, bu yolla üzv ölkələrdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda “USB-C” enerji portunun istifadəsi məcburi hala gələcək.
Avropa Parlamenti elan edib ki, 27 Aİ ölkəsi və Avropa Parlamenti 2024-cü ilin payızına qədər smartfonlar, planşetlər, konsollar və rəqəmsal kameralar üçün universal enerji yığma cihazının Birliyə gətirilməsi barədə razılığa gəliblər.
Bütün kiçik və orta ölçülü elektron cihazlara “USB-C” portu tətbiq ediləcək və bu yolla ətraf mühitə zərərli tullantıların atılması məhdudlaşdırılacaq.
“Lightning” enerji texnologiyasını müdafiə edən Amerika nəhəngi “Apple” şirkəti bu tənzimləməyə qəti şəkildə qarşı çıxır.
“USB-C”, “Micro USB” və “Lightning” kimi müxtəlif elektron cihazların fərqli enerji yığma girişlərini standartlaşdırmaq məqsədi daşıyan tənzimləmə vətəndaşların da həyatını asanlaşdırmağı hədəfləyir.
Yalnız ağıllı saatlar və qolbaqlar kimi çox nazik cihazlar “USB-C” istifadəsindən azad ediləcək.
Hazırda əksər “Android” cihazları “USB-C” portu vasitəsilə doldurulur. Bu səbəbdən tənzimləmənin ən çox “Apple” şirkətlərinə təsir edəcəyi gözlənilir./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar