Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

General Şıxəliyevin 8 milyonluq əmlakı üzərinə həbs qoyuldu - Şok siyahı

Tarix: 07-06-2022 17:07     Baxış: 3194 A- / A+

General Şıxəliyevin 8 milyonluq əmlakı zərinə həbs qoyuldu - Şok siyahı

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevin 8 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub.

Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük mənzil tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklardır. Bu əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili çalışmış Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.
Söhbət aşağıdakı əmlaklardan gedir:
- Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt,
- Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev,
- Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev,
- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat,
- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt,
- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev; Dəyəri 31 500 manat,
- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat,
- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat,
- Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat,
- Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat,
- Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahə, Dəyəri 1 milyon 452 min manatlıq ərazi,
- Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binada, ümumilikdə 3 milyon 397 min dəyərləndirilmiş 5 mənzil,
- Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi,
- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat,
- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat.
 İstintaqın diqqətindən yayınanlar:
- Xaçmazda "Çoban Bulaq” İstirahət Mərkəzi, ümumi dəyərinin 10 milyon manat civarinda olduğu bildirilir,
- “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti,
- Binəqədi rayonu, Novxanı kəndində daha 2 imarəti,
- Bakıdakı məşhur “Praqa” restoranı,
- “Praqa” restoranının altındakı market,
- Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyaları ətrafında mebel mağazaları şəbəkəsi.
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. O, mütəşəkkil dəstə yaradıb, ümumilikdə 20 milyon manatdan çox rüşvət alma, təhdid, şantaj etmə maddələri ilə ittiham olunur. Sahibkarlara aylıq "şapka" qoyaraq, onları oğurlayıb girov saxlamaqda təqsirləndirilir. Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbslərində də hallanıb./yenipress.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar