Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məmurlar ağacları kəsib parkinq etdilər - ŞƏKİLLƏR

Tarix: 07-06-2022 11:25     Baxış: 4281 A- / A+
Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR
“Bilirsiniz bu nədir? Bu, “bespredel”ın pik nöqtəsidir. 50 metr aralıda yeraltı parkinq var, amma məmur xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin”.

Bu fikirləri tanınmış telejurnalist Azər Qərib özünün Facebook səhifəsində yazıb. 

“Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? 

Görəsən 200 metr aralıda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda?”, deyə o, qeyd edib.

Jurnalistin fikrincə, bu məsələ yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməklə bitəcək. O, statusunun sonunda şokda olduğunu bildirib.

Fotolardan görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Həmin yerdə səki bir qədər daralıb və bir neçə avtomobil üçün şəxsi parklanma yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub və kilidlənib.

Xatırladaq ki, həmin ərazi Bülbül prospekti, 18 ünvanına aiddir. Əvvəllər AZƏRTAC Dövlət Agentliyi də bu bunada yerləşib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar