Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ - Səfər bu tarixdə baş tutacaq

Tarix: 07-06-2022 10:54     Baxış: 4256 A- / A+


Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.
Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:
“Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”.

QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub:
“16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar