Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tətik çəkən barmağı amputasiya edilən qazi ön cəbhəyə necə göndərilib?

Tarix: 05-06-2022 07:34     Baxış: 4307 A- / A+
Bir əlinin tətik çəkən barmağı Vətən Müharibəsində aldığı xəsarət zamanı amputasiya edilən hərbçi ön cəbhədə xidmətə göndərilib.

Bu barədə məlumatı şəhid mayor Vüsal İlyas oğlu Məmmədovun qardaşı Elyar İlyasoğlu sosial şəbəkə hesabında paylaşıb.

Elyar İlyasoğlu qeyd edib ki, Vətən Müharibəsində qardaşının tabeçiliyində olan, Kəlbəcərin azadlığı uğrunda döyüşən MAHHQ əsgər Məmmədovun bədənində xeyli qəlpə var, silahın tətiyini çəkən barmağı isə amputasiya edilib.

Hal-hazırda tam sağlam biri kimi Kəlbəcərdə ön cəbhədə xidmətə məcbur edilib. Üstəlik də nə əlillik, nə də veteranlıq verilməyib. Yanında döyüş yoldaşları şəhid olduğu üçün psixoloji problemləri də yaranıb.

Onun sözlərinə görə, qazi Məmmədovu buna hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Nizami Məmmədov və hüquq şöbəsi məcbur edib.

"Məmmədov çox vətənpərvərdir, vəziyyətinə uyğun olan ehtiyyat taborda xidmətə davam etmək istəyir"- deyə E.İlyasoğlu qeyd edib.

Mövzu ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini dərc edəcəyik. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar