Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Yelena Malışeva: “Mən rus qadınıyam və rus qadınları azərbaycanlıları sevir”

Tarix: 03-06-2022 21:39     Baxış: 4300 A- / A+


 
Rusiyanın tanınmış həkimi və teleaparıcısı Yelena Malışeva Bakıda səfərdədir.
Bu gün o, tibb televiziyasının (Səhiyyə TV) verilişində iştirak edib.
“Bu, mənim Bakıya ilk səfərimdir. Bütün bakılı dostlarım deyirdilər ki, əgər bu dəfə də Azərbaycanın paytaxtına gəlməsən, o zaman həyatın boşuna ötüb keçmiş olacaq. Təbii ki, hələ gəzməyə vaxtım olmayıb, amma otel otağından Xəzərin mənzərəsindən həzz alıram”, - deyə Malışeva Media.az-la öz təəssüratlarını paylaşıb.
Tanınmış teleaparıcı artıq Azərbaycan dilində söz öyrəndiyini etiraf edib. “İndiyə qədər mən ancaq “İnşallah” ifadəsini bilirəm”, - deyə o etiraf edib.
“Akademik Zərifə Əliyeva adına möhtəşəm Milli Oftalmologiya Mərkəzində oldum. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında da oldum. Mənim qəlbimdə yaraşıqlı, ağ saçlı və müdrik kişilər qalacaq. Nəzərə alın ki, mən rus qadınıyam, rus qadınları isə azərbaycanlıları sevirlər”, - deyə o qeyd edib.
Malışeva payızda artıq çəkiliş qrupu ilə birlikdə Bakıya qayıdacağına söz verib.
“Rus dilində veriliş çəkib onu Azərbaycan təbabətinə həsr edəcəyəm”, - deyə o vurğulayıb.
Sonda ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu təqdim edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar