Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox hansı avtomobillər satılıb? - SİYAHI

Tarix: 03-06-2022 18:53     Baxış: 3307 A- / A+
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3 111 ədəd yeni avtomobil satılıb.
Manevr.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, satışların həcmi üzrə “Toyota” yenə liderliyini qoruyub.

Azərbaycanda Yaponiya avtomobil markası üzrə bu ilin dörd ayında 739 avtomobil satılıb. Satışların həcminə görə, Cənubi Koreya markaları “Hyundai” ikinci (578 ədəd) və KİA isə üçüncü (345 ədəd) olub.
Rusiyadan avtomobillərin idxalı ilə bağlı problem yaşayan “Lada” aprel ayında satış həyata keçirməsə də, marka əvvəlki ayların satışlarına görə siyahıda dördüncü olmağı bacarıb və ümumi satışların həcmi 268 avtomobil təşkil edib.
Fevral və mart aylarında realizasiyası azalan “Mitsubishi” isə aprel ayında satışlarını artıra bilib (187 ədəd) və ümumi siyahıda ilk beşliyə daxil olub.
2022-ci ilin yanvar-aprel aylarında ən az satılan avtomobillər isə “Genesis”, “Jaguar” və “Alfa Romeo” olub. Bu markalar üzrə cəmi bir avtomobil satılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar