Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxsi tapana 10 000 AZN veriləcək - ŞƏKİL

Tarix: 03-06-2022 16:43     Baxış: 4256 A- / A+

Azərbaycanda bu şəxsi tapana 10 000 AZN veriləcək - FOTO

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub.
 
Manevr.az
-ın xəbərinə görə, bunu ötən ay Zaqatalada itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti açıqlayıb. O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib.
 
Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.
 
26 yaşlı Dharan Kondaveeti və atası Purna Kondaveeti də Zaqatalaya gəliblər. Artıq onlar axtarışlara qoşulublar. Dharan Kondaveeti yüksək dağlıq ərazidə axtarış qrupları ilə birlikdə axtarışlara qatılıb.
 

Purna Kondaveetinin Hindistan Xarici İşlər Nazirliyində çalışdığı bildirilir.
 
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
 
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.apa

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar