Xəbər lenti
Vətən müharibəsi qazisi əməliyyat olundu
Manevr.az xəbər verir ki, Vətən müharibəsi zamanı ağır şəkildə yaralanmış qazimiz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb üzrə fəlsəfə doktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat edilib.
Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı 120-lik topdan açılan mərmidən yaralanan, qarın boşluğu orqanları zədələnən, bağırsaqları deşilən, bud-çanaq oynağı ciddi yaralanmaya məruz qalan qazimiz Məmmədli Asəf ƏbdülHüseyn oğlu bu ilin mart ayında Elmi Tədqiqat Travmatologiya Və Ortopediya İnstitutuna müraciət edib.Qazimizə həkimlər tərəfindən yeni bir oynaq əməliyyatının keçirilməsi zərurətinin olduğu bildirilib. Xəstənin əməliyyatının ölkədən kənarda həyata keçirilməsi planlaşdırılsa da, bu ağır cərrahi əməliyyatı tibb üzrə fəlsəfə doktoru Elviz Qasımov öz üzərinə götürüb.
Əməliyyat ümumi anesteziya altında həyata keçirilib. Ağır zədələnmiş bud-çanaq oynağı süni və xüsusi hazırlamış qəfəslərlə yenidən formalaşdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar