Xəbər lenti
Türkiyədə bələdiyyə sədri etirazçılara oynayaraq reaksiya verdi

Bolu Bələdiyyə sədri Tanju Özcanın AKP şəhər məclis üzvü Hacer Çınara söylədiyi sözlər etiraz aksiyasına səbəb olub.
Bələdiyyə binası qarşısında keçirilən aksiyanı izləyən Özcan iş otağının pəncərəsindən qadınlara əl edərək rəqs etməyə başlayıb. Aksiyaçılar “əllərinizə, belinizə və dilinizə nəzarət edin” şüarları səsləndirərək, üzərində “Tərbiyəsiz Tanju Özcan” yazılmış plakatlar qaldırıblar.
Qeyd edək ki, CHP-dən olan Tanju Özcan mayın 16-da keçirilən bələdiyyə məclisi toplantısında AKP skamyalarında oturan məclis üzvü Hacer Çınara “Niyə mənə əl yelləyirsən, mən evli adamam, ayıbdır” deyib. Özcanın bu sözləri böyük etiraza səbəb olub. O, daha sonra açıqlama verərək “Mən sadəcə iffətimi qorumağa çalışıram” deyib.
Bələdiyyə sədrinin bu sözləri daha kəskin reaksiyaya səbəb olub. Hacer Çınar vəkili Fikrət Çıracı vasitəsilə Tanju Özcanı məhkəməyə verib. Məhkəmə Tanju Özcanın sözlərini psixoloji zorakılıq kimi qəbul edərək, Çınarın onunla bağlı “ölçü götürülməsi” tələbini qəbul edib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.png)
Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar