Xəbər lenti
Rövnəq Abdullayev Bodrumu ayağa qaldırdı
Marinanı bərbad günə qoyublar
Türkiyənin tətil cənnəti hesab olunan Bodrumda maraqlı proseslər cərəyan edir. Bodrumda bir zamanlar məşhur iş adamı Mübariz Mənsimova aid olan marinanın ətrafında aparılan qaçaq tikinti işləri bölgədə yaşayan vətəndaşların diqqətinə və qəzəbinə gəlib. Hər gün şikayət edən vətəndaşlar səlahiyyət sahiblərinin laqeyd qalmasından şikayətlənir.Manevr.az xural.com-a vistinadla vətəndaşların fəryadını diqqətə çatdırır:
“Buradakı rəzalətə baxın. Bura Bodrumda yerləşən Yalıkavak Marinanın özüdür ki var. Burada birmərtəbəli otel vardı. Onu uçurub dağıtdılar, indi iki mərtəbəli otel tikirlər yerində. Çirkinliyi görürsünüzmü? Bələdiyyə bu çirkin tikilinin yanındakı başqa bir tikilini isə qaçaq olduğu üçün qadağan etmişdi. Amma burada nələrsə baş verir. Bu da azmış kimi, dəniz sahilini başdan-başa yeniləyirlər. Yanındakı restoran isə əlavə tikililərlə “böyüdülür”. Oraya da qaçaq iskələ tikildi. Ciddi problemlərdən biri isə marinanın yanında yerləşən və xalqın reaksiyası ilə birtəhər xalqa açıq çimərlik kimi qəbul etdirdiyimiz plyajın hələ də açılmamasıdır. Qaçaq tikintilər sahəsində zirvədədirlər. İsrarla xalqa açıq olmalı olan çimərliyi nə hikmətsə açmırlar. Oradakı restoran xalqa açıq çimərliyi də işğal edir. Yalıkavak Marinadan restorana qədər piyada yolu var, xalq çimərliyində isə bu piyada yol yoxdur. Xalq çimərliyini avtomobil dayanacağı kimi istifadə edirlər. Qumların üzərində onlarla avtomobil saxlayırlar. Qaçaq inşaat, qaçaq iskələ, xalqa açıq çimərliyi işğal etmək – hər cür şey var bu bölgədə. Yazıqlar olsun ki, səlahiyyət sahibləri lazım olan qətiyyəti göstərmirlər. Olan Yalıkavaka və Bodruma olur!”
Manevr.az xəbər verir ki, əslində, Bodrumda başlayan və davam edəcəyi gözlənilən bu vətəndaş etirazının arxasında SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev və onun işlərini Türkiyədə icra edən dayısı oğlu Anar Əliyev var. Bodrumluları ayağa qaldıran onların ələ keçirdikləri marinada apardıqları qaçaq inşaatlardır. Bir zamanlar nizamlı və gözəl olan marina indi ətrafına natəmizlik saçır. Eynən Azərbaycanda etdikləri kimi qaçaq və çirkin inşaatlarla bölgəni bərbad günə qoyurlar. Vətəndaşlar da buna etirazlarını bildirir.
Xatırladaq ki, bu marina zamanında iki ölkənin gündəminə çevrilmiş, Türkiyənin və Azərbaycanın məşhur iş və siyasət adamlarının adları marinanın özəlləşdirilməsində keçmişdi. Min cür oyunlarla marinanı ələ keçirən Rövnəq Abdullayevlə Anar Əliyevin marina işləri indi də məhkəmədə davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar