Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sədərək Ticarət Mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA

Tarix: 02-06-2022 12:13     Baxış: 4289 A- / A+
Sədərək Ticarət Mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA
Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir.
 
Manevr.az
xəbər verir ki, bunu trend-ə açıqlamasında Sədərk Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
 
O bildirib ki, yayılan məlumatlar yalandır.

"Ticarət Mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir", - deyə Mikayıl Qədimov bildirib.
 
Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar