Bəs bizdə vəziyyət necədir? ABŞ-dakı virus təhlükəsi bizdə də gözlənilirmi? Ölkə gətirilən və yerli istehsal olan çiyələklərdə hər hansı təhlükə yarada biləcək viruslar aşkarlanıbmı? Qida Təhlükəsizliyi Agentliyi həm ölkəyə idxal olunan, həm də yerli istehsal çiyələklərin satışa çıxarılmamışdan öncə laboratoriya müayinəsini aparırmı?
Manevr.az bildirir ki, qurumdan publika.az-a verilən açıqlamada bildirildi ki, Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:
“Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri gerçəkləşdirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən digər qida məhsulları kimi çiyələk məhsulundan da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.