Xəbər lenti
Xəstə insanları veriliş aparıcıları yox, dövlət müalicə etməlidir - AÇIQLAMA
Pandemiya dövründə dünya əhalisinin böyük qismi sağlamlığı ilə sınağa çəkildi. Lakin təəssüf ki, hələ də yüzlərlə insan maddi imkanı olmadığına görə, səhiyyə xidmətlərindən yararlana bilmir.
Azərbaycanda da bu sahədə vəziyyət qənaətbəxş deyil. Bir çox insanın nəinki müalicəyə, heç həkimlərin qəbulu üçün tələb olunan pulu ödəməyə gücü çatmır. Bu isə vəziyyəti getdikcə daha da pisləşdirir. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün Milli Məclisdə çıxışı zamanı deyib ki, icbari tibbi sığorta ilə bağlı geniş işlər görülməlidir. Onun sözlərinə görə, onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır.
Əhliman Əmiraslanov bildirib ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir. Maraqlıdır, Komitə sədrinin dedikləri reallaşa bilərmi?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Konkret.az-a danışan tibb üzrə ekspert, həkim-radioloq Aydın Əliyev bildirib ki, əhalimizin sağlamlığı hər şeydən öncə gəlməlidir:
“Bütün dünyada bir nömrəli prioritet insan sağlamlığıdır. İnsan xəstələndiyi zaman onun üçün başqa heç nəyin əhəmiyyəti qalmır. İnkişaf etmiş ölkələrdə insan sağlamlığı üçün milyardlarla vəsait ayrılır. Bu vəsait sığorta və digər tibbi xidmətlər üçün xərclənir. Hesab edirəm ki, bizdə də bütün xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Bu mənada Komitə Sədrinin səsləndirdiyi fikirlərlə tam razıyam”.
Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:
“Məncə, insanlarda kompleks yaradan, kobud deformasiya olan bəzi orqanların estetik əməliyyatı da bu zərfə daxil edilə bilər. Lakin kimsə daha da gözəl olmaq istəyirsə əməliyyatının xərcini özü ödəməlidir. Belə əməliyyatlar zərfə daxil olması məqsədəuyğun deyil. Bu gün orqan köçürülməsi ilə bağlı ölkəmizdə ciddi problemlər var. Qara ciyər, böyrək transplantasiyası kifayət qədər bahalı prosedurlardır.
Təəssüf ki, bəzi xəstələri müalicə etmək üçün sosial kampaniyalar başladılır. Xəstə insanlar efirə çıxarılır və onun üçün pul yığılır. Bunu insanlar yox dövlət etməlidir. Həmin şəxslər üçün hesab açılır və insanlar ianə edir. Ona görə də ilk növbədə ağır xəstəliklər zərfə daxil edilməlidir. Hətta, xərçəng xəstəliyinin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Bunun üçün Azərbaycanın kifayət qədər imkanı var. Azərbaycanın təbii sərvətləri düzgün istifadə edilərsə, məmur özbaşınalığına, rüşvət hallarına son qoyularsa hər bir vətəndaşın sağlamlığı üçün ayırmağa kifayət qədər maddi vəsaitimiz olar”
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar