Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Başkənd fatehi” kimdir - Saleh Rüstəmlini hədəfə alan sabiq deputat ad çəkdi

Tarix: 31-05-2022 16:54     Baxış: 4259 A- / A+
Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli bu rayonun yenicə həbsdən çıxmış keçmiş icra başçısı Saleh Rüstəmli barədə ilginc iddialar səsləndirib. Ötən gün sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edən eks-deputat Saleh Rüstəmlinin "Başkənd fatehi" olmadığını deyərək, yeni müzakirələrə zəmin yaradıb.
Paylaşımda deyilir: “Fikirləşdim ki, əgər adamı azad etmək üçün AXCP tərəfdarları və məlumatları az olanlar onu "Başkənd əməliyyatını hazırlayan, həyata keçirən fateh" adlandırırlarsa, qoy yazsınlar, paylaşsınlar və danışsınlar, təki azad olunması üçün şərait yaransın. Başkənd əməliyyatı Gədəbəy Rayonu İcra Hakimiyyəti səviyyəsində hazırlanan əməliyyat olmayıb, onu hazırlayıb həyata keçirənlərin əksəriyyəti artıq həyatda yoxdurlar, onların haqqını heç kəs başqasının lehinə yazmasın!” 
 
Nazim Bəydəmirlinin bu fikirləri gözlənildiyi kimi birmənalı qarşılanmayıb. Cəbhəçilər onu yalan danışmaqda ittiham edərək haqqında xoşagəlməz ifadələr işlədirlər. Bununla belə keçmiş deputata haqq qazandıranlar, onun həqiqəti söylədiyini deyənlərə də rast gəlmək olar. 
 
Əslində əməliyyatı kimlər həyata keçirib?
 
Manevr.az xəbər verir ki, Nazim Bəydəmirli Modern.az-a açıqlamasında Saleh Rüstəmli haqda dediyi fikirlərə aydınlıq gətirib. O bildirib ki, "Başkənd əməliyyatı" birinci Qarabağ müharibəsi zamanı Milli Ordumuzun həyata keçirdiyi ən uğurlu əməliyyatı hesab olunur:
 
"Bu əməliyyatla əzəli torpağımız olan Başkənd Gədəbəyin inzibati ərazilərinə qatılıb. Əməliyyat Mili Ordu tərəfindən Gədəbəyin Mutudərə və Qaçmalı kəndlərinin erməni işğalçıları tərəfindən yandırılması və iki günlük işğalına cavab olaraq həyata keçirilib. Əməliyyatın keçirilməsi zərurətdən doğub. Bir sözlə, əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi, yerli özünümüdafiə batalyonları, o cümlədən şəhid polkovnik Cahangir Rüstəmovun başçılığı altında 171-ci hərbi hissə həyata keçirib".
 
Sabiq deputat sözügedən əməliyyatda iştirak edən şəxsləri yaxşı tanıdığını əlavə edib:
 
"Əməliyyatda iştirak edən hərbçiləri çox yaxşı tanıyırıq. Mən Gədəbəyin, Tovuzun deputatı olmuşam. Əhali ilə 2005-ci ildən sıx təmasdayam. Deyə bilərəm ki, Saleh Rüstəmli tutulana kimi əhalinin ancaq 2-3 faizi onu tanıyırdı. Çünki o zaman digər rayon başçılarının fəaliyyəti geniş işıqlandırılmırdı, informasiya texnologiyaları inkişaf etməmişdi".
 
Bundan başqa, N.Bəydəmirli Saleh Rüstəmli ilə şəxsi probleminin olmadığını vurğulayıb:
 
"Hər kəsi xidmətinə görə, qiymətləndirmək lazımdır. Saleh Rüstəmlinin həbsi onun populyarlaşmasına xidmət etdi. Belə müzakirələrin, yəni onun "Başkənd fatehi" kimi təqdim olunması doğru yanaşma deyildi. Mən hesab edirəm ki, hər bir şəxs vətənin mühafizəsində onsuz da iştirak etməliydi. O dövrdə icra başçsı kimi ancaq vəzifəsini icra edirdi".
 
Qeyd edək ki, S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. Sonralar Azərbaycanı tərk edərək Moskvada yaşamağa başlayıb. O, 2018-ci ildə Moskvadan Bakıya gəldikdə həbs olunmuşdu. Bir neçə gün öncə Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar